12 Dekabr 2017 12:50
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna rejimi ilə mübarizəsi səngimək bilmir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, dünən axşam saatlarında həbsdən azad edilən Saakaşvili tərəfdarlarına müraciət edib.

O, tərəfdarlarını geri çəkilməməyə, ölkə prezidenti Petro Poroşenkonun impiçmentini və baş prokurorun istefasını tələb etməyə çağırıb.

Saakaşvili dinc aksiyaların davam edəcəyini bildirib.


Müəllif: Samir

Oxşar xəbərlər