Bu gün, Qazax istiqamətindəki döyüşlərdə şəhid olan baş gizir İsa Almazovun üç mərasimidir.
Axar.az xəbər verir ki, şəhidin yas mərasimində Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli hərbçilərinin iştirakı nəzərdə tutulub.
Baş gizirin yas mərasimində həmçinin Şəmkir korpusunun komandiri general-leytenant Rövşən Əkbərovun da iştirak edəcəyi bildirilir. Eləcə də Qazax Rayon İcra hakimiyətinin başçısı Ayaz Əsgərov da üç məclisində olacaq. Ziyarətçilər arasında Bakıdan gələcək bir sıra generalların da olacağı bildirilir.
Qeyd edək ki, baş gizir İsa Almazov avqustun birində erməni gülləsinə tuş gələrək şəhid olub.