HƏMAS-ın silahlı qanadı İzəddin əl-Qəssam briqadası 14.5 mm çaplı yeni snayper tüfəngi istehsal etdiklərini bildiriblər.
Məlumata görə, İzəddin əl Qəssam özünün internet səhifəsində silahın istifadə olunduğu əməliyyatın görüntülərini yayımlayıb.
Silaha 2004-cü ilin yanvarın 22-də sui-qəsd nəticəsində öldürülən HƏMAS komandiri Adnan əl-Gülün şərəfinə “Gül” adı verilib.
Türkiyənin “Anadolu” agentliyinə açıqlama verən fələstinli təqaüddə olan general Vasif Ureykat silahın Fələstin dirəniş gücünün irəliləməsinin sübutu olduğunu bildirib.
/axar.az/