Türkiyənin Afrində keçirdiyi əməliyyatlarda şəhid olan çavuş Məhmət Muraddağı bu gün torpağa tapşırılacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Məhmətin şəhidlik xəbərini alan 1 illik həyat yoldaşı Birgül sosial mediada duyğusal paylaşım edib, Məhmət Akifin iki misrasını yazmaqla vətən sevgisi ilə hər kəsi duyğulandırıb:
“Sahibsiz olan məmləkətin batması haqdır!
Sən sahib olursan, bu Vətən batmayacaqdır!”.