29 Yanvar 2018 15:32
2 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zeytun budağı” əməliyyatı zamanı türk ordusuna qarşı döyüşən Afrindəki PKK terrorçuları döyüşlərdən əvvəl narkotik tərkibli həblərdən istifadə edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Nazir sosial media hesabından həmin həblərin fotosunu paylaşıb:

“Ağlı başında olan şəxslərin türk ordusunun qarşısına çıxa bilməyəcəyini anlayan PKK terrorçuları öz silahlılarına bu həbləri verir. Qəhrəman ordumuz bu gün Burseya dağını azad etdi. Yaxın zamanda Afrini xaşxaşilərdən təmizləyəcəyik”.


Müəllif: Samir

Oxşar xəbərlər