2 Fevral 2018 11:27
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində “Zeytun budağı” hərəkatını davam etdirir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatın 13-cü günündə türk əsgərləri və Azad Suriya Ordusu döyüşçüləri daha 2 kəndi terrorçulardan təmizləyib.

Əməliyyat zamanı ümumilikdə 823 terrorçu öldürülüb, 20-si kənd olmaqla 29 məntəqə terrorçulardan azad edilib.

Gecə saatlarında türk ordusu Raco kəndinə doğru hücuma keçib.

Hazırda bölgədə gərgin döyüşlərin getdiyi bildirilir.

Bu arada Türkiyə Silahlı Qüvvələri terrorçulardan müsadirə edilən silahların siyahısını açıqlayıb.

Siyahıda SA-18 qumbaraatanları, Kalaşnikov avtomatları, RPG 7 minaatanları, tank əleyhinə minalar, tapançalar və əldəqayırma bombalar var.


Müəllif: Samir

Oxşar xəbərlər