İŞİD Terror Təşkilatının şərti mətbuat rəhbəri ələ keçirilib.
Teleqraf.com xəbər verir ki, İŞİD Terror Təşkilatının mətbuat rəhbəri Ömər Yetək Ankarada xüsusi qrupun keçirdiyi əməliyyat zamanı saxlanılıb. Məhkəmə onun barəsində həbs qərarı çıxardıb və Ömər Yetək həbsxanaya göndərilib.
Qeyd edək ki, Ömər Yetəkin Türkiyədə həyata keçirilən terror hadisələrinin bir neçəsinin müəllifi kimi tanınır.