Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu Afrin bölgəsində “Zeytun budağı” hərəkatını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, gecə saatlarında TSQ 3 cəbhədən YPG terrorçularına hücum edib.
Türkiyə ordusu 3 kəndi terrorçulardan azad edib. Bununla bağlı TSQ Baş Qərargahı məlumat yayıb: “Meydankə, Hamam və Şeyx Horoz kəndləri ASO-nun nəzarətinə keçib. Hazırda Racu bölgəsində şiddətli toqquşmalar dabam edir”.