9 Fevral 2018 22:58
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Maliyyə Nazirliyi aralarında bir Türkiyə vətəndaşı da olmaqla 3 nəfərə qarşı sanksiya tətbiq edib.

Teleqraf.com "sondakika.com"a istinadla xəbər verir ki, türkiyəli Yunus Əmrə Sakarya, filippinli Əbdülpatta Eskalon Abubakar və somalili Məhəmməd Mire Əli Yusifin ABŞ-da olan bütün var-dövləti müsadirə edilib, Amerika vətəndaşlarının bu şəxslərlə maliyyə əməliyyatı aparması qadağan olunub.

Sakaryanın sahibi olduğu “Professional Elekronik” şirkətinin yarandığı 2015-ci ildən bəri İŞİD-i pilotsuz uçuş aparatları ilə təmin edildiyini bildirilir. Məlumata görə, 2016-cı ilin birinci yarısında şirkət terror təşkilatını 500 min dollarlıq avadanlıqla təchiz edib.

Hər üç şəxs İŞİD terror təşkilatına yardım etdikləri üçün sanksiyaya məruz qalıblar.


Müəllif: Ayxan

Oxşar xəbərlər