12 Fevral 2018 16:59
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş naziri Binəli Yıldırım makedoniyalı həmkarı Zoran Zayev ilə birgə mətbuat konfransı keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, konfrans zamanı Yıldırım ABŞ Dövlət katibi Reks Tillersonun bu həftə baş tutacaq Türkiyəyə səfəri ilə bağlı danışıb:

“Türkiyənin hazırkı fəaliyyəti yalnız öz vətəndaşlarının deyil, Avropa Birliyinin də təhlükəsizliyini təmin etmək üçündür. Əgər Türkiyə buralara sahib çıxmasa, həm miqrant böhranı, həm də terrorçuluq bütün Avropanı bürüyəcək. Təəssüflər olsun ki, Avropa Birliyi bunu görməzdən gəlir. NATO-da müttəfiqimiz olan ABŞ isə ağlını başına yığmalı və doğru qərar qəbul etməlidir. Terrorçularla terrorçuluğa qarşı mübarizə aparmaq doğru siyasət deyil. Sərhədlərimiz yaxınlığında təhlükəsizliyi təmin etmək üçün heç kimdən icazə almayacağıq. Çirkin bazarlıqlara da imkan verməyəcəyik. Bölgəni terrorçulardan tamamilə təmizləyəcəyik”.


Müəllif: Samir

Oxşar xəbərlər