Bəziləri "Zeytun budağı" əməliyyatında mülki vətəndaşları vurduğumuzu deyirlər. Vicdansızlar, əxlaqsızlar, ədəbsizlər... Bizim qanımızda dinc əhalini vurmaq yoxdur, sizin qanınızda var.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraşda çıxışı zamanı deyib.
Ərdoğan terroristləri müdafiə edənlərin Türkiyəni qorxutmaq məqsədi güddüyünü söyləyib: "Bizim Suriya ilə 10 min kilometrə yaxın sərhədimizi qorumaq haqqımız var. Kimsə durub sərhədlərinizi niyə qoruyursuz deyə bilməz".
Rəcəb Tayyib Ərdoğan danışarkən Türkiyə xüsusi təyinatlıların geyindiyi uniformada bir uşaq salona daxil olub. Prezident onun alnından öpüb.