Sosial şəbəkələrdə Xocalıda baş tutmuş son toyun fotosu yayılıb.
Teleqraf.com xəbər verir ki, Rəna Xuduyeva adlı Xocalı sakini öz Feysbuk hesabında şəkil paylaşıb və şəkildəki insanların sonrakı tealeyi haqda məlumat verib:
"Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdışı də əsir götürüldü. Sonra da o yaraşıqlı oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər.
Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Dürdanədir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu".
Xatırlaradq ki, bu gün Xocalı soyqırımının 26-cı ildönümüdür.