Türkiyə Dövlət Qulluqçularının Həmkarlar İttifaqı yəhudilərin Türkiyə vətəndaşlığından çıxarılması tələbi ilə məhkəməyə müraciət edib
Ankarada polis idarəsinin qarşısında etiraz aksiyası keçirən Həmkarlar İttifaqının üzvləri Türkiyədə yaşayan, ikili vətəndaş olan yəhudilərdən Türkiyə vətəndaşlığından çıxarılmasını tələb ediblər.
Aksiya iştirakçıları bildiriblər ki, Qəzzada soyqırım törədən israillilər Türkiyə vətəndaşı ola bilməz.
“Həmin yəhudilər həbs olunmalı məhkəmə qarşısına çıxarılmalıdır. Qəzzada qardaşlarımızı qətlə yetirən İsrailin qarşısındayıq”, deyə Həmkarlar İttifaqının sədr müavini Əhməd Özər bildirib.
Qeyd edək ki, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar zamanı çoxu uşaq və qadın olmaqla 1800-dən çox fələstinli ölüb.
/anspress/