“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov müstəqillik dövründə mətbuata dövlət qayğısından danışıb.
O, mətbuat tarixində iki böyük şəxsiyyətin təsirindən söz açıb: “Biri Həsən bəy Zərdabidir ki, o, Azərbaycanda mətbu sözün banisidir. Zərdabi Azərbaycanda oxu mədəniyətinin zəif olduğu dövrdə milli mətbuatın əsasını qoydu.
"Əkinçi" qəzetindən əvvəl də, sonra da mətbuatımız həmişə senzuraya məruz qalıb. Yalnız Ulu öndər Heydər Əliyev senzuranı birdəfəlik ləğv etdi, bununla da o, azad mətbu sözün banisinə çevrildi.
Demək istəyuirəm ki, Heydər Əliyev mətbuata sistemli diqqətin əsasını qoyub. Bu mənada bu iki şəxsiyyətin mətbuatımızın inkişafı üçün rolu danılmazdır. Prezident İlham Əliyev də bu diqqətin qayğını davam etdirir”.
Bəxtiyar Sadıqov qurultayda səsləndirilən bir sıra təklifləri dəstəkləyib: “Bu gün mənzilə ehtiyacı olan jurnalistlər üçün yeni bina tikilir. Jurnalsitlərin bu probleminin həlli onlarda yaradıcılıq enerjisini artırır.
Səsləndirilən təkliflərdən biri kimi mətbuatin əlavə dəyər vergisindən azad edilməsini dəstəkləyirəm. Hesab edirəm ki, Mətbuat Şurası haqqında qanun qəbul edilməlidir. Şura fəaliyyətini bu qanun əsasında həyata keçirməlidir”.