Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib
Teleqraf.com-un məlumatına görə, Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca kədərləndiyini qeyd edən dövlət başçısı faciə ilə əlaqədar H. Ruhaniyə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, avqustun 10-da İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 40-dan çox insan həlak olub.