Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri vəzifələrini icra edən Karen Karapetyan arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, söhbət zamanı Ermənistandakı böhran vəziyyətinin 2017-ci ilin aprelində keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında tənzimlənməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər mayın 1-də parlamentdə təyin edilmiş baş nazir seçkilərinin əhəmiyyətini qeyd ediblər.