13 İyun 2018 19:16
2 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fəaliyyət göstərən “Türkiyə-Amerika” Təhlükəsizlik Komitəsi (TASFO) erməni terror təşkilatlarının ayrı-ayrı vaxtlarda həyata keçirdiyi terror aktları ilə bağlı (kamikadze fəaliyyəti) araşdırma aparıb.

Bu barədə Teleqraf.com-a TASFO başqanı Fatih Özonur məlumat verib.

TASFO-dan bildirilib ki, erməni terror təşkilatları 21 ölkənin 38 ayrı-ayrı şəhərlərində terror aktları törədib.

1973-cü ildən bu günədək həyata keçirilən 239 terror aktında ən az 70 nəfər həlak olub, 524 nəfər yaralanıb. Öldürülən hər 12 nəfərdən biri amerikalı qadın olub. 105 nəfər girov götürülüb.
Həyata keçirilən 239 hücumun 160-da ölüm halı qeydə alınıb.

Erməni kamikadzelərin Türkiyə, ABŞ, Avropa, Yaxın Şərq və Avstraliyada həyata keçirdikləri 160 qanlı akt bu dövlətlərə 1 milyard dollara yaxın maddi zərər də vurub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər