Ermənistan Azərbaycanın Naxçıvan bölgəsi istiqamətində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsi üçün sözügedən quruma müraciət edib.
Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan açıqlama verib.
Balayan Naxçıvan istiqamətində gərginliyin davam etdiyini bildirərək, Ermənistan ordusunun köməyə ehtiyacının olduğunu etiraf edib:
“Naxçıvan ətrafında yaranmış vəziyyətlə əlaqədar KTMT-yə üzv olan dövlətlərə müraciət etmişik. Düzdür, Ermənistanın köməyə ehtiyacı yoxdur, amma vəziyyət qənaətbəxş də deyil”.