Fransa Azərbaycana silah satmır.
Teleqraf.com xəbər verir ki, bu, Fransanın Ermənistandakı səfirliyinin yaydığı bəyanatda bildirilib.
Səfirlik bildirib ki, Fransanın Azərbaycana silah satmağa hazırlaşması ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir:
“Bu məlumatın həqiqətlə əlaqəsi yoxdur”.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Fransanın Azərbaycana silah satması ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat katibi Artsrun Ovannisyan Fransanın silah satışı ilə bağlı Azərbaycana tətbiq etdiyi embarqonun ləğv edilməsi ilə bağlı yayılmış məlumatları araşdırdıqlarını deyib.