13 İyul 2018 13:36
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markasız spirtli içkinin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "VAZ 21074" markalı avtomobil Tovuz rayonu istiqamətində hərəkət edərkən saxlanılıb.

Azərbaycan vətəndaşı Amin Zamanovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada spirtli içkilərin olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində olan 20 ədəd sellofan torbada 100 ədəd 1 litrlik "Finlandiya" adlı araqlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com