Bu gün Sumqayıtda yeni inşa olunmuş SOCAR Polymer müəsisəsinin açılışı olacaq.
Məlumata görə, açılış mərasimində Prezident İlham Əliyevin də iştirakı gözlənilir.
Qeyd edək ki, SOCAR Polymer 16 iyul 2016-cı il tarixində ölkənin kimya sənayesini gücləndirmək məqsədi ilə təsis edilib. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edəcək qurğulardan ibarətdir. Həmin qurğular Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilib.
SOCAR Polymer-in yaradılmasının əsas məqsədi Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsi və innovativ sənaye sektorlarının inkişafı baxımından aparıcı rol oynayan digər ölkələrlə müqayisədə rəqabət aparma qabiliyyətinin artırılmasından ibarətdir.
Azərbaycanın ilk bu tipli müəssisə olan SOCAR Polymer-in inşa etdiyi polipropilen və yüksək sıxlıqlı polietilen zavodu milli neft-kimya sənayesinin inkişafını sürətləndirməyə və bazarının bu sektoru üçün plastik məhsullar istehsal edən ölkələrin sırasına daxil olmağa imkan verəcək.