21 İyul 2018 12:19
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan-Türkiyə münasibətləri "bir millət - iki dövlət" prinsipinə əsaslanıb”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı bildirib.

İki qardaş ölkəni tarix boyu ayırmağa çalışan qüvvələr olub və olacaq deyən səfir sözlərinə belə davam edib:

“Biz hər zaman bir-birimizin yanında olmuşuq. Keçmişdə bizim aramıza nifaq salmağa yönələn addımlar olsa da, bu, əksinə ölkələrimiz arasınakı münasibətləri daha da yaxşılaşdırıb. Cəmiyət bu günün həqiqətlərini 20 il əvvəl də görürdü. İnternet mediasının inkişafı sayəsində hər iki ölkədə baş verən hadisələr tez bir zamanda digərinə çatır. Bu istiqamətdə strateji addımların atılmasının vacibliyini 15 iyul hadisələrindən sonra başa düşdük. O hadisələrdən sonra Türkiyə daha çox milli addımlar atmağa başlayıb. Biz artıq Azərbaycanla bir-birinə qaynayıb-qarışımış, həqiqətən də iki dövlət - bir millət cümləsinin haqqını veririk. Vətənin bütövlüyünün qorunması uğrunda hər kəs həyatını fəda etməyə hzırdır. Dövlət varsa, millət var olar. Millət dövltə, dövlət də millətə xidmət edir. Millətlər heç vaxt öz dövlətinə qarşı hazırlanan təxribatlara dəstək verməz. Azərbaycanda yaşanan son hadisələrdə Azərbaycan xalqının dövlət ətrafında birləşməsini alqışlayıram. Həmin hadisələrdə vəfat edən iki polis qardaşımıza da Allahdan rəhmət diləyirəm. Türkiydən bura gələn media mənsublarına təşəkkür edirəm. Hər zaman deyirəm ki, Türkiyə və Azərbaycanın sıx münasibəti düşmənlərimizin mübarizə ruhunu azaldır. Çünki onlar durmadan Türkyə-Azərbaycan arasındakı münasibtlərin pozulması üçün çoxsaylı işlər görürlər. Amma bundan sonra da Azərbaycan-Türkiyə münasibətlərini pozmağa kimsənin gücü çatmayacaq”.


Müəllif: Könül