26 İyul 2018 15:45
3 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Azərbaycana yeni nəsil istehsalı olan “Altay” tanklarını ixrac edə bilər.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə Rusiyanın Siyasi və Hərbi Təhqiqatlar İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçikin çıxış edib.

Mütəxəssis Türkiyə istehsalı olan bu tankların Rusiya və digər xarici ölkələrdə istehsal edilən texnikalarla müqayisədə üstünlüklərindən danışıb:

“Türkiyə vaxtilə SSRİ-dən, indi isə Fransa, İngiltərə, Almaniya və ABŞ kimi ölkələrdə tanklar alıb. Ancaq zaman keçdikcə türklər bu sahədə ixtisaslaşa bildilər. Vaxtilə Almaniyadan alınmış “Leopards” və ABŞ-ın “M60” tankları modernizasiya edib yaxşı vəziyyətə gətirə biliblər. İndi isə Türkiyə yeni dövrün tələblərinə uyğun olaraq, öz tanklarının istehsalına başlayıb”.

Xramçikinin sözlərinə görə, Almaniyadan “Leopards”, Fransadan isə “Leclerc” almaq tank istehsal etməkdən baha başa gəlir: “Bundan əlavə, regionda aparıcı rollara iddia edən bir ölkə müdafiə texnologiyalarının inkişafı sahəsində inkişaf etmiş olmalıdır. Bu baxımdan, tank ixracı Türkiyəyə böyük gəlirlər qazandıra bilər”.

Ekspert müasir “Altay” tankının Cənubi Koreya istehsalı olan “K2” tankları ilə müqayisə edib.

Xramçikin qeyd edib ki, Türkiyə “Altay” tanklarını Azərbaycan, Pakistan və Fars körfəzi ölkələrinə satmaqda maraqlıdır: “Bu tankın gücünü görmək üçün müharibəyə başlamaq lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər