Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə dövlət başçılarının görüşü razılaşdırılmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Tiqran Balayan deyib.
Onun sözlərinə görə, hələlik ATƏT-in Minsk qrupundan da belə bir təklif gəlməyib:
“Prezidentlərin görüşü barədə heç bir razılaşma yoxdur. Ermənistan baş naziri və Azərbaycan prezidenti arasında keçirilməsi ehtimal edilən görüş münaqişənin birdəfəlik həll ediləcəyi demək olmayacaq, amma prosesə təkan verəcək”.