Aktauda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin görüşü olub.
Teleqraf.com xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV görüşdə çıxış edərək deyib:
-Sizin Aktauya gəlişinizlə bağlı sevincimizi bildiririk. İndi dəniz vasitəsilə biz çox yaxın olduq.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkəsində nəqliyyat sahəsində görülən işlərdən danışaraq Kurık və Lyanyunqan limanlarının açıldığını bildirib, Asiyadan Avropaya yüklərin tranziti ilə bağlı Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayaraq bildirib:
-Bugünkü görüş və nəhayət, bu Konvensiyanın imzalanması çox mühüm hadisədir. Xatırlayıram ki, Heydər Əliyev bunun üzərində çox güclü işləyib. Mən demişəm. Mən düşünürəm ki, indi o, bizim nəhayət, bu Konvensiyanı imzalamağımıza, bu çox mühüm məsələni həll etdiyimizə görə çox şad olardı. Mən Sizə böyük uğurlar arzulayıram.
17:28
Avqustun 12-də Aktauda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin görüşü olub.