Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 28-də saat 11.00-da Horadiz şəhərində, Muğam Mərkəzinin binasında vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, qəbulda yalnız Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Vətəndaşların qeydiyyatı Muğam Mərkəzinin binasında sentyabrın 27-də saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].