5 Oktyabr 2018 14:30
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd bələdiyyələrin maliyyəsi yoxdur. Maliyyəsi olmadığı üçün onları yükləmək doğru deyil.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə millət vəkili İlham Əliyev deyib.

Onun sözlərinə görə, yas mərasimlərinin təşkil edilməsinin qanunla bələdiyyələrə tapşırılması doğru deyil:

“Fikrimcə, bələdiyyələr dəfni həyata keçirə bilərlər. Amma yas vermək ağır məsələdir. Bunun üçün çadır qurulmalı, masaya şiriniyyət qoyulmalıdır. Maliyyəsi olmayan bələdiyyələr bunun öhdəsindən gələ bilməyəcək. Bu səbəbdən təklif edirəm ki, yas mərasimlərinin yerli bələdiyyələr tərəfindən təşkili haqqında maddə qanundan çıxarılsın. ”.

Deputat əlavə edib ki, maliyyə baxımdan çətinlik çəkən bələdiyyələrin məzarlıqlara baxması, onları abadlaşdırılması da çətin olacaq:

“Nəzərə almaq lazımdır ki, bu, həm də kommersiya məsələsidir. Kimsə torpağı alıb və sonra məzarlıq edib. Sabah bu şəxslər gəlib bələdiyyələrdən tələb edə bilərlər ki, qəbiristanlığı abadlaşdırın”.


Müəllif: Cavad

Oxşar xəbərlər