11 Oktyabr 2018 07:55
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq qalır, lakin son 10 ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından tamamilə kənarda qalıb.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Fenenko deyib.

Onun sözlərinə görə, bu illər ərzində ABŞ və Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həl prosesində aktiv olublar:

“Parisin həmişə Ermənistan daxilində mövqeyi güclü olub. Lakin Sərkisyan və Paşinyan hakimiyyətə gəldikdən sonra fransızlar özlərini Ermənistandan atılmış kimi hiss edirlər”.
Fenenko hesab edir ki, Fransa ilə müqayisədə, ABŞ son illərdə Ermənistandakı mövqelərini gücləndirib: “İndi Ermənistandakı əsas üstünlük ABŞ və Almaniya QHT-lərinin əlindədir. Fransızlar isə artıq ermənilərə lazım deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər