2018-ci ilin 9 ayında makroiqtisadi göstəricilər artıb. Valyuta ehtiyatımız 45 milyard dollar olub, əhalinin gəlirləri inflyasiyanı üstəliyib.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin iclasında deyib.
Spiker bildirib ki, 2019-cu ilin büdcəsi sosial xarakterini qoruyub saxlayacaq:
“Büdcə sənədindən acıq görünür ki, əhalinin sağlamlığına proritet kimi baxılır. Səhiyyə sisteminə ayrılan vəsait cari illə müqayisədə 309 milyon manat, yəni 32 faiz çoxdur. İcbari sığorta üçün 223 milyon manat ayrılıb.
2019-ci ildə təhsil büdcəsi cari illə müqayisədə 11 faiz çoxdur. Bizə təqdim edilən sənədlərdən görünür ki, iqtisadi artım davam edəcək. Ümum daxili məhsulun 2019-cu ildə 3,6 faiz artımı proqnozlaşdırılır”.
Oqtay Əsədov əlavə edib ki, 2019-cu ildə köklü islahatların keçirilməsi nəzərdə tutulub:
“Prezidentin təqdimatları Milli Məclisə daxil olub. Yəqin ki, gələn iclaslarda biz bu haqda müzakirələr aparacağıq. Vergilər Məcəlləsinə və digər qanunlara dəyişikliklər nəzərdə tutulur”.