29 Noyabr 2018 12:38
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar gömrük postunda sərhədi keçən şəxsin daxili orqanlarında gizlin keçirmək istədiyi psixotrop maddə aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən xəbərə görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.

Şifahi sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, onun daxili orqanı - düz bağırsağında rezin bükümdə, cəmi 24 ədəd mavi, silindir formalı psixotrop maddə - metilendioksimetamfetamin adlı həblər aşkarlanıb.

Qeyd edək ki, metilendioksimetamfetamin MDMA (ekstazi) maddədir.

MDMA "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I siyahısına daxildir və 24 ədəd həbdə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 0.72 qram təşkil edir.


Müəllif: Aytən

Oxşar xəbərlər