10 Dekabr 2018 03:00
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Mərkəzi Seçki Komissiyası bülletenlərin 50%-dən çoxunun (2010 seçki məntəqəsindən 1037-nin) nəticələrini elan edib:

1. Mənim Addımım – 70,17%

2. Çiçəklənən Ermənistan – 8,32%

3. Respublikaçılar Partiyası – 4,36%

4. İşıqlı Ermənistan – 6,51%

5. Daşnaksütyun – 4,28%

6. Orinats Yerkir – 1,05%

7. Sasna Çrer – 1,76%

8. Vətəndaş Qərarı – 0,68%

9. Xristian Demokrat – 0,50%

10. Milli İnkişaf – 0,35%

11. Biz – 2,04% (Axar.az)

***

Səslərin 9,3 faizi sayılıb (2010 məntəqədən 187-si). Hazırkı nəticəyə görə Paşinyanın bloku 67,24%-lə liderlik edir, Sərkisyanın partiyası isə 4,05% səs toplayıb.

Qeyd edək ki, parlamentə düşmək üçün partiyalar üçün baraj 5%, bloklar üçün 7%-dir.

***

İnternet üzərindən onlayn səsvermədə Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim Addımım" Bloku qalib gəlib.

"Mənim Addımım" Bloku 504 səsdən 393-nü alıb.

Qeyd edək ki, seçki məntəqələri saat 20:00-da bağlanıb və hazırda səslərin sayılması prosesi gedir. Seçkidə cəmi 48,63% seçici iştirak edib.

Nəticələr gecə yarısından elan olunmağa başlayacaq.


Müəllif: Teleqraf.com