18 Dekabr 2018 12:36
2 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən bu məsələni izləmişəm. Xalqın Milli Qəhrəmana olan hücuma göstərdiyi hiddəti görmüşəm. Belə cılız məsələni Milli Məclisə çıxarmaq, onu bir qədər də tanıtmağın əleyhinəyəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri spiker Oqtay Əsədov Milli Məclisin plenar iclasında deputat Fəzail İbrahimliyə irad tutarkən, deyib.

Spiker bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Mübarizə İbrahimova hücum edən şəxs universitetdə oxuyur: “Hələ heç psixoloq da deyil. Psixoloq olması üçün də illər lazımdır. O xanımın cavabını sosial şəbəkələrdə xalqımız, insanlar verdi”.

Qeyd edək ki, parlamentdə çıxış edən Fəzail İbrahimli özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Mübariz İbrahimov haqqında işlətdiyi fikirlərə sərt reaksiya verib. O bildirib ki, bu cür hallar Azərbaycan dəyərlərinə hücumdur:

“Mən bildiyim qədər həmin xanımı məhkəməyə veriblər”.


Müəllif: Cavad

Oxşar xəbərlər