İsti yay aylarında dondurmanın yerini heç nə vermir. Siz əgər dondurma sevirsinizsə, bunu özünüz çox asanlıqla hazırlaya bilərsiniz.
Müxtəlif meyvələrdən hazırlanan dondurmanı hamı sevir. Məsələn, narıngili (mandarin) dondurma sizə təravət və ləzzət bəxş edər.
Bunun üçün aşağıdakı inqriyidentlər lazımdır:
400 ml yağlı xama
8 ədəd naringi
380 ml qatılaşdırılmış süd
Hazırlanması:
Naringinin qabığını soyun. Dilimləyərək blenderdən keçirin.
Naringini bu halda da dondurmaya vurmaq olar. Amma dondurmanın daha yumşaq və naringi pərdələrinin olmamasını istəyirsinizsə, o zaman onu süzgəcdən keçirin. Sonra isə qatılaşdırılmış süd, xama və naringi
sok-püresini blenderdə qarışdırın.
Hazır məhlulu bir qaba boşaldaraq dondurucuya qoyun. Hər 1-2 saatdan bir dondurmanı dondurucudan çıxarıb qarışdırmaq lazımdır.
Dondurmanız hazırdır.
Ülkər