Valeh Ələsgərov çox yaxşı bir təklif irəli sürdü və vəziyyətdən çıxçmağın yolunu göstərdi. Bu gün ali təhsil müəssislərində təhsil alan tələbələrimizim şəraitini yaxşılaşdırmalıyıq. Valeh Ələsgərova irəli sürdüyü təklifə görə təşəkkür edir və onu dəstəkləyirəm.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı vitse-spikeri Bahar Muradova deyib.
Hökumətin hesabatı ilə tanış olduğunu bildirən B. Muradova qeyd edib ki, hesabatda xarici ölkələrlə əlaqələrə və beynəlxalq münasibətlərə xüsusi yer verilib: “Azərbaycanın ikitərəfli və çoxtərəfli əlaqələri haqqında geniş məlumatlar öz əksini tapıb. Xüsusilə qeyd edirəm ki, bu istiqamət hesabatda diqqətçəkən məqam kimi qoyulub.
Görünür bunun, da səbəbi hörmətli baş nazirin ömrünün əhəmiyyətli hissəsini bu sahəyə həsr etməsi, eləcə də Xələf müəllim kimi mütəxəssisin komandada təmsil olunmasıdır”.
B. Muradova Dini Məsələlərlə iş üzrə Dövlət Komitəsinin fəaliyyətini də xüsusi qeyd edib: "Keçmiş həmkarımız Mübariz Qurbanlının sədri olduğu qurum geniş iş aparır".