“2018-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Bu hadisılərdən ən önəmlisi Azərbaycan Xalq Cümhurriyyətinin 100 illik yubleyinin təntənəli qeyd olunması olub. Məhkəmə-hüquq sisteminin tarixi qədim olsa da, yeni məhkəmə hakimiyyətinin formalaşması dövlət müstıqilliyimizin bəhrəsidir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədri Ramiz Rzayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Ramiz Rzayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə geniş miqyaslı sosial-iqtisadi və hüquqi islahatlar həyata keçirilir.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericilik sistemi daim inkişaf edən və dəyişən ictimai münasibətlərin hüquqi tənzimlənməsinin təmin edilməsi məqsədi ilə mütəmadi olaraq təkmilləşdirilir, yeni qanunvericilik aktları qəbul edilir: "Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün sosial-iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasını və bu sahədə davam edən islahatların dərinləşməsini zəruri edir.
Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” aprelin 3-də imzaladığı fərmanı ölkə başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.
Əslində, bu Fərman məhkəmə-hüquq sistemində islahatların dərinləşməsini, yeni mərhələdə müasir tələblərə uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edən “yol xəritəsi”dir.
Dövlət başçısının proqram xarakterli Fərmanında məhkəmə hakimiyyətinə məhkəmə-hüquq sistemində kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi istiqamətində, eləcə də işlərə baxılarkən ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyinin təmin edilməsi və Azərbaycan Respublikası Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsinə dair tövsiyyələr verilmişdir".
Ramiz Rzayev qeyd edib ki, fərmanda, eləcə də məhkəmə-hüquq sisteminin bütün sahələrini əhatə edən fəaliyyət istiqamətləri müəyyən edilməklə yanaşı, Ali Məhkəməyə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətinin gücləndirilməsi, həmçinin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmlərin işlənib, hazırlanmasına dair tapşırıqlar verilib.
Ramiz Rzayevc qeyd edib ki, “Elektron Hökumət”in tırkib hissısi olan “Elektron məhkəmə” informasiya sistemi məhkəmə hakimiyyətinin və ədaləıt mühskimısinin işini səmərələışdirən sistemdir: “Vətəndasın məhkəməyə müraciət etmək hüüququnun yaranması anından məhkəımə qərarının icrası tamamlamasılna qədər bütün prosesləri əhatə edir. Bu da məhkəmə qərarlarının icrasını yaxşılaşdırır”.
Sədrinin sözlərinə görə, Ali Məhkəımənin 27 əməkdaşı test imtahanlarını müvəffəqiyyıtlə verəkək 2018-ci ildə hakim seçilib. Onun sözlərinə görə, Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyslarında 2018-ci ildə buraxıllmış işlər 2017-ci ilin müvafiq dövrü ilıə müqayisədə azalıb.