Rusiyadakı erməni diasporu Azərbaycana qarşı növbəti təxribata əl atıb.
Erməni diasporu tərəfindən Moskvada Şuşanın "işğaldan azad edilməsi ildönümü"nə həsr olunmuş tədbir keçiriləcək.
Tədbir barədə məlumat sosial şəbəkələrdə yayılıb.
"Erməni diasporunun Azərbaycana qarşı təxribat hazırlığı ilə bağlı müvafiq dövlət strukturlarına müraciət olunub", - bunu "Report"un Rusiya bürosuna açıqlamasında "Moskvanın Azərbaycan İcması" Təşkilatının rəhbəri Şamil Tağıyev bildirib.