9 Sentyabr 2014 08:17
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri başa çatıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, xilasedicilər tərəfindən dağıntılar altından 1 uşaq meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla da, hazırkı vaxta qədər xəsarət alan 9 nəfər və vəfat etmiş 3 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Müəllif: