9 Sentyabr 2014 10:54
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eyni bir xidmət həm ASAN vasitəsilə və həm də digər müvafiq dövlət qurumu vasitəsilə təqdim edilir.

Görəsən statistika necədir? İl ərzində neçə nəfər eyni bir xidməti ASAN-dan, neçə nəfər müvafiq dövlət qurumundan əldə edir?”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Mültimedia Mərkəzinin rəhbəri Osman Gündüz Facebook-da öz profilində paylaşıb. O təəssüf hissi ilə qeyd edir ki, hələlik belə bir statistikanı əldə etmək mümkün deyil:

“Heç ASAN-da da belə bir statistika gözə dəymir. ASAN yalnız özü vasitəsilə təqdim etdiyi xidmətin statistikasını verir. Güman etmək olar ki, birbaşa müvafiq dövlət qurumundan əldə edilən xidmətlərin sayı çox cüzi olduğundan belə bir statistikanı vermək elə də maraqlı və "asan" deyil. Çünki bəlli bir xidmətin təqdim edilməsi üzrə statistika kəskin dərəcədə ASAN-nın xeyrinədir. Belə olduğu halda bu xidməti verməli olan dövlət qurumunun müvafiq bölməsinin səmərəliliyi və perspektivi ilə bağlı ciddi suallar ortaya çıxır”.

AZAD


Müəllif:

Oxşar xəbərlər