Avropa Parlamentinin xarici işlər və konstitusiya məsələləri komitələrinin üzvü, Polşadan seçilmiş avroparlamentari Yasek Saryus-Volski Ukrayna və digər Şərq tərəfdaşlığı ölkələrində mövcud böhranla bağlı fikirlərini paylaşıb.
Teleqraf.com eunews.az saytına istinadən xəbər verir ki, Yasek Saryusz-Volski həm də Avropa İttifaqı-Ukrayna parlamentlərarası əməkdaşlıq komitəsinin və Avronest parlament assambleyasının üzvüdür.
“Ukraynada baş verənlər Moldova, Gürcüstan və Azərbaycandakı dondurulmuş münaqişələrin təkrarıdır”, - avroparlamentari deyib və əlavə edib: “Deyə bilərəm ki, Ukrayna böhranı ortaya eyni çətinlikləri qoya bilər”.
Avroparlamentari bildirib ki, buna baxmayaraq, Ukrayna böhranının artıq mövcud münaqişələrə Avropa İttifaqı tərəfindən yeni yanaşma gətirəcəyinə əmin deyil.
Qeyd edək ki, Yasek Saryusz-Volski həmçinin Aİ-Azərbaycan, Aİ-Ermənistan və Aİ-Gürcüstan parlamentlərarası əməkdaşlıq komitələrinin əvəzləyici üzvüdür.
Səxavət