27 İyun 2019 09:10
3 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun yeni bələdiyyə rəhbəri Əkrəm İmamoğlu CNN telekanalında İran əsilli məşhur Britaniya jurnalisti Kristian Amanpurun suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, sualların arasında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana aid sorğular da olub:

"Hər şeyin çox gözəl olacağını dediniz, ümidli və fərqli şüarla çıxış etdiniz. Amma vəziyyətin gözəl olmayacağı yönündə bir qayğınız varmı? Seçkini təkrar keçirən və partiyası ikinci dəfə məğlub olan prezident Ərdoğan üçün bu böyük bir aşağılamaydı. Onun planlarınıza müdaxilə edib-etməyəcəyini düşünürüszmü?"

Suala cavabda Əkrəm İmamoğlu bildirib ki, millətin iradəsi qarşısında hər hansı kəsin və ya fərdin dayana bilməyəcəyini 23 iyun seçkisi göstərdi: "Ərdoğan 1 il öncə seçildi, qarşıda 4 ili var. Mənimsə 5 ilim var. Bunun bir xidmət yarışına çevriləcəyini, yaddaşlarda müsbət iz buraxacağını düşünürəm. Mənim gözləntim hörmətli Ərdoğanın bu çağrışımıza cavab verəcəyi yönündədir".

Aparıcının digər sualı vaxtilə İstanbul Bələdiyyəsinin sədri olmuş Rəcəb Tayyib Ərdoğanın fəaliyyətindəki korrupsiya halları ilə bağlı araşdırma aparılıb-aparılmayacağı istiqamətində olub.

Əkrəm İmamoğlu bu sualı belə cavablandırıb: "Mən özümün və ya partiyamın qələbəsindən çox Türkiyənin qələbəsini düşünürəm. Qapalı qapılar arxasında görəcəyim bir işim yoxdur. İstanbuldakı mənfi hallar insanların mənafeyinə zidd olarsa, təbii ki, bunları düzəltməyə çalışacağıq.

Amma prosesin necə gedəcəyi hüquq-mühafizə orqanlarına aiddir, bizim işimiz deyil".

Müsahibə dünən axşam CNN İnternational və PBS televiziya kanallarında yayımlanıb.


Müəllif: Mahir

Oxşar xəbərlər