4 İyul 2019 17:30
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Fonddan Teleqraf.com-a verilən məlumata görə, ARDNF-nin Müşahidə Şurasının qərarı ilə Azərbaycanın Baş naziri Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

İclasda ARDNF-nin 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-nin 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxılıb. Müşahidə Şurası tərəfindən ARDNF-nin 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyi, 2018-ci il büdcəsinin icrası barədə Hesablama Palatasının rəyi, habelə ARDNF-nin 2018-ci il büdcəsinin gəlirlərinin 17 614,1 mln manat və yaxud 115% səviyyəsində, büdcə xərclərinin isə 11 455,6 mln. manat və ya 99,8% səviyyəsində icra edildiyi nəzərə alınaraq, ARDNF-nin 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim edilməsi qərara alınıb.

Müşahidə Şurası tərəfindən eyni zamanda ARDNF-nin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda ARDNF-nin maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib və bu dəyişikliklərin Azərbaycan Prezidentinə təqdim edilməsi tövsiyə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər