Eyni aqibəti Bakupost.az saytı yaşayacaq
"Gun.az" saytı sabahdan etibarən fəaliyyətini dayandıracağı ilə mediada məlumat yayılıb. Teleqraf.com-un əldə etdiyi məlumata görə, saytın işçilərinin 70 faizi ixtisar edilib. Məlumatda o da vurğulanır ki, hazırda 6 müxbir və 2 texniki işçi ixstisar səbəbilə işdən uzaqlaşdırılıb.
“Gun.az” saytınının rəhbərliyi ilə məsələyə münasibət bildirməsə də, saytın adının çəkilməsini istəməyən əməkdaşları faktı təsdiqləyiblər. Hazırda saytda 3 nəfərin işdə qaldığı bildirilir.
Qeyd edək ki, Bakupost.az saytı ilə bağlı ixtisarların olmadığı bildirilir. Amma yaxın vaxtlarda orada da işçilərin sayının azaldılması istisna olunmur.
Bəxtiyar