8 İyul 2019 19:14
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim nümayəndə heyəti Bakıda keçirilən bu mötəbər tədbirdə ilk dəfədir ki, çıxış edir. Biz Azərbaycanda çox böyük qonaqpərvərliyin şahidi olduq. Azərbaycan Respublikasının hökumətinə bu tədbiri yüksək səviyyədə təşkil etdiyi üçün minnətdarıq.

Teleqraf.com-un məlumatıan görə, bunu UNESKO Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında çıxışı zamanı Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) UNESKO yanındakı daimi nümayəndəsi, səfir Kim Yonq bildirib.

O qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası üzv dövlətlərin mütərəqqi təcrübəsini bölüşmək təşəbbüsünü hər zaman alqışlayır:

“Biz Koreya Xalq Demokratik Respublikasının ərazisində yerləşən irs nümunələrinin vəziyyətinə baxış üçün əlavə missiyaların həyata keçirilməsini vacib hesab edirik. Hesabatlar ümumi prinsiplərə əsaslanmalıdır. Üzv dövlətlər onlara aid hesabatlarını təqdim edən qrupların hesabatları ilə UNESKO-nun tədbirilərindən əvvəl məlumatlı olmalıdırlar. Bu hesabatlar çatışmazlıqların aradan qaldırılmasına, yeni biliklərin əldə edilməsinə yönəldilməlidir”.

Şimali Koreya nümayəndəsi daha sonra deyib:
“Koreya Xalq Demokratik Respublikası UNESKO ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır. UNESKO-nun “Koquroi” məzarlığının qorunmasına yönəlmiş səyləri var. Biz bu iqtiqamətdə göstərdiyi səylərə görə UNESKO-nun Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Ramirezə minnətdarıq. Koreya Xalq Demokratik Respublikası mədəni irs nümunələrinin qorunub saxlanılmasının və onların gələcək nəsillərə ötürülməsinin tərəfdarıdır. Biz, həmçinin, 1972-ci ildə qəbul eidlmiş “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyanın icrasına tam sadiqik”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər