9 İyul 2019 12:38
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan parlamenti “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Qanuna dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, qanun layihəsi haqqında deputatlara Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Komitə sədri bildirib ki, Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi 200 milyon manat civarında artırılıb: “Bu, bir daha göstərir ki, sosial sahəyə ayrılan vəsait insanların rifahına xidmət edir. Hesab edirəm ki, ayrılan vəsait sosial müdafiənin güclənməsinə xidmət edəcək”.

Komitə sədri əlavə edib ki, 200 milyon manatın sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinə daxil olması sosial sığorta və digər yığımlar hesabına baş verib.


Müəllif: Cavad

Oxşar xəbərlər