Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik Rəşadət Babayev işdən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmrinə əsasən, Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin edilib.
Qeyd edək ki, bundan öncə də nazirin əmri ilə Rəşadət Babayev Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində rəis müavini vəzifəsindən azad edilib.