Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını gücləndirmək istəyirik.
Teleqraf.com xəbər verir ki, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra keçirdiyi mətbuat konfransında Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir qeyd edib ki, bu gün bu istiqamətdə müzakirələr aparılıb: “Nyu-Yorkda BMT Baş Assambleyasında da xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək. Türkiyədə şuranın 8-ci görüşü ərəfəsində təkliflərimizi dövlət başçılarımıza təqdim edəcəyik.
Bakıda keçirilən bu görüş çox uğurlu alındı. Bu görüşdən sonra şuraya diqqətin artdığını görürük.
Bizdən sonra şurada müşahidəçi statusu, ortaqlıq statusu istəyən dövlətlərlə bağlı da müzakirə apardıq. Ona görə bu görüş son dərəcə faydalıdır. Görüşün təşkili ilə bağlı Prezident İlham Əliyevə və Xarici işlər naziri Elmar Məmmədyarova təşəkkür edirik”.