13 Fevral 2020 11:45
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev güləş üzrə milli komandamızı qələbə qazanması münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, ölkə başçısı bu barədə Tvitter hesabında paylaşım edib.

“Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm", - deyə prezident qeyd edib.

Xatırladaq ki, İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışda millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb.

Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub.


Müəllif: Teleqraf.com