24 Fevral 2020 16:47
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün tədbirlər görülür və narahatlıq üçün əsas yoxdur".

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus epidemiyasına qarşı görülən tədbirlərə dair yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var:

"Koronavirus epidemiyası hazırda beynəlxalq miqyaslı təhlükə olduğu üçün bu barədə təxribat xarakterli dezinformasiyalar yayılması halları da müşahidə olunmaqdadır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi məlumatlara etibar etsinlər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər