Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov Sulutəpə qəbiristanlığında torpağı tapşırılıb. O, həyat yoldaşı Rəna Ibrahimovanın məzarı yanında dəfn olunub.
Dəfn mərasimində çox sayda insan iştirak edib. (musavat.com)
***
08:19
Azərbaycanın sabiq daxili işlər naziri İskəndər Həmidov vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun həkimi, professor Adil Qeybulla bildirib.
Qeyd edək ki, İsgəndər Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. O, 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. İ.Həmidov bir müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi.