28 Fevral 2020 18:20
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəstəliyin yayılması gözlənilmir. Biz bunu lokollaşdırmağa çalışırıq".

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı mətbuat konfransında deyib.

O bildirib ki, vətəndaşlar sosial şəbəkələrdə yayılan məlumatlara inanmasınlar: "Təəssüf ki, epidemik prosseslər planlarınızdan asılı olmayaraq həyata keçir. Vətəndaşlardan xahiş edirik ki, anlayışlı olsunlar. Biz nə qədər çox insanı yoxlayırıqsa, riskin qarşısını o qədər alırıq".

Yeganə Qarayeva bildirib ki, karantinə alınanların sayı virus daşıyıcılarının olması demək deyil: "Məqsəd virusun yayılmasının qarşısını almaqdır. Operativ qərargahın məqsədi tibbi profilaktik tədbirlərdir. Çadırlar insanların eyni yerdə toplanmasının qarşısını almaq üçün quraşdırılıb".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər